Bank Of Baku

Azərbaycan prezidenti kapitan Əhməd Abdullayevin “İgidliyə görə” medalı ilə təltif olunması haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti kapitan Əhməd Abdullayevin “İgidliyə görə” medalı ilə təltif olunması haqqında sərəncam imzalayıb
# 28 dekabr 2010 16:06 (UTC +04:00)
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kapitan Əhməd Hüseynağa oğlu Abdullayev Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə “İgidliyə görə” medalı ilə təltif olunub (görə ölümündən sonra).

Qeyd edək ki, kapitan Əhməd Abdullayev sentyabrın 4-də cəbhənin Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olub. Həmin gün Ermənistan Silahlı Qüvvələrinin qəfil hücumu nəticəsində döyüş təmas xəttində durum gərginləşib. Atışma zamanı bir döyüşçümüz, 1986-cı il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədov ermənilərə yaxın təmas xəttində şəhid olub. Onun meyitini götürmək mümkün olmayıb. Atışma zamanı Azərbaycan Ordusunun zabiti, 1976-cı il təvəllüdlü Əhməd Abdullayev yaralanıb. Hospitala çatdırılan zabit orada dünyasını dəyişib. O, doğulduğu Cəlilabad rayonunda dəfn edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR