Bank Of Baku

"Gənc Liderlər" 2010-cu ilin fəallarını müəyyənləşdiriblər - FOTO

"Gənc Liderlər" 2010-cu ilin fəallarını müəyyənləşdiriblər - <font color=red>FOTO</font>
# 28 dekabr 2010 16:34 (UTC +04:00)
Bakı-APA. Bu gün "Gənc Liderlər" Uşaq və Gənclər Təşkilatının təşəbbüsü ilə 2010-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan təşkilatın sədri Fərid Şahbazlı 2010-cu ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətindən danışıb. araq, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraiti qeyd edib. Təşkilat sədri bildirib ki, onlar 2010-cu ildə gənclər siyasətində öncüllük edən və gənclərlə bağlı layihələri dəyərləndirən şəxslər və qurumları fərqləndiriblər.

“Gənc liderlər”in sorğusunda millət vəkillərindən Mehriban Əliyeva, Bahar Muradova, Fəttah Heydərov, Aydın Mirzəzadə, Eldar İbrahimov, Cavid Qurbanov və başqaları gəncləri dəstəklədikləri üçün təşkilatın plaketi ilə təltif olunublar.

Fövqəladə Hallar Nazirliyi, Diaspora ilə iş üzrə Dövlət Komitəsi, Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Vaqif Əliyev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı Dövlət Universiteti, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və digər qurumlar da təltif olunanlar sırasında olub.

Media qurumları arasında "Azəri Press"(APA) Agentliyi və Trend də diplomla təltif olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR