Bank Of Baku

Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib
# 29 dekabr 2010 13:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakı Dövlət Universiteti (BDU) Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal Rayon Təşkilatı ilə birgə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirib.

APA-nın məlumatına görə, YAP Yasamal Rayon Təşkilatının sədri Fikrət İsmayılov 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı danışaraq deyib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində azərbaycanlıların həmrəylik günün bünövrəsi qoyulub.

BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyada yaşayan 50 milyondan çox azərbaycanlıda milli təəssübkeşlik hissi yaradır: “Bizim üçün bu bayramın digərlərindən fərqləndirən də elə bu milli təəssübkeşlik məsələsidir”. A. Məhərrəmov dünyada yaşayan azərbaycanlıların həmrəyliyi ilə bağlı gənclərə üzərinə düşən məsuliyyət barəsində də tövsiyələrini verib.

Tədbirdə çıxış edən Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və digərləri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı fikirlərini söyləyiblər.

Sonda bir qrup tələbəyə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR