Bank Of Baku

Kapitan Əhməd Abdullayevin ailəsi prezident İlham Əliyeva məktub ünvanlayıb

Kapitan Əhməd Abdullayevin ailəsi prezident İlham Əliyeva məktub ünvanlayıb
# 29 dekabr 2010 14:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuş Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Əhməd Abdullayevin ailəsi prezident İlham Əliyevə məktub ünvanlayıb. APA-nın məlumatına görə, məktubda deyilir: “Biz oğulları Vətən üçün böyüdürük. Oğlum Əhməd neçə illər əvvəl zabit olmaq arzusuna düşəndə də Vətənin gələcək müdafiəçisi olacağı ilə ailəmizi sevindirmişdi. O bu istəyinə qovuşandan sonra xidmət etdiyi sahələrdə Vətənə oğulluq borcunu ləyaqətlə yerinə yetirir, bununla hamımızı razı salırdı. Əhmədin sonuncu döyüş tapşırığını yerinə yetirərkən həlak olması ailəmizə dərin hüzn, kədər gətirsə də, onun şəhidlik zirvəsinə ucalması bizə böyük təsəlli və baş ucalığı gətirdi.

Hörmətli cənab Prezident, bütün bunlardan da artıq gələcəkdə bizi təsirləndirən və qəlbimizə yeni təsəlli gətirən Sizin böyük diqqət və alicənablığınız Əhmədin hünərini araşdırıb yüksək qiymətləndirməyiniz oldu. Sizin şəxsinizdə Azərbaycan dövlətinin oğlumuza onun göstərdiyi qəhrəmanlığa görə verilmiş qiymət bu gün təkcə bizim ailəmizi deyil, bütün xalqımızı məmnun edir. Bütün bunlara görə Əhməd Abdullayevin valideynləri, ailəsi, doğma və yaxınları adından Sizə dərin minnətdarlığımızı bildiririk.

Biz hamımız inanırıq ki, Sizin Qarabağ torpaqlarının geri qaytarılması yolunda göstərdiyiniz səylər tezliklə xalqımızı gələcəyə qovuşduracaqdır. O gün biz şəhid ailələrinin qəlbinə yeni bir təsəlli və qürur hissi gələcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR