Bank Of Baku

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət qəbul edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət qəbul edib
# 30 dekabr 2010 10:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, müraciəti MM-in sədr müavini Bahar Muradova oxuyub. Müraciətdə Azərbaycan xalqına təbriklər çatdırılıb. Qeyd olunub ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın azərbaycançılıq ideyası əsasında birləşməsinin əsasını qoyub: “Bu gün xalqımızın söz, əqidə, əməl birliyinə nail olunması üçün Azərbaycan dövləti tərəfin görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı bu gün birlikdə olmaq həqiqətini daha dərindən dərk edir. Soydaşlarımız arasında bağlar möhkəmlənir, azərbaycanlılar milli hüquqların qoruması işində bir-birinə dayaq dururlar”.

Müraciətdə Azərbaycanın böyük inkişaf yolu keçdiyi, Azərbaycanda insan hüquqları və azadlıqlarının etibarlı təmin olunduğu qeyd edilib. O da bildirilib ki, bu ilin noyabrında keçirilən parlament seçkiləri Azərbaycanın demokratik inkişafında yeni mərhələnin başlanğıcı olub.

MM-in müraciətində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ərazi bütövlüyü prinsipinin əsas götürülməsi beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən qəbul olunub: “Azərbaycanın dövlət rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində münaqişənin nizama salınmasına nail olacağıq. Bütün azərbaycanlılar səylərini birləşdirməlidir. Bu, problemin həllini daha da yaxınlaşdıra bilərlər”.

Müraciətdə xaricidə yaşayan azərbaycanlılar birliyə çağırılıb.

Bununla da, Azərbaycan Milli Məclisinin 2010-cu ildə sonuncu iclası başa çatıb. Parlament tətilə çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR