Bank Of Baku

Azərbaycan prezident Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmir və bərpa işlərindən sonra açılışında iştirak edib

Azərbaycan prezident Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmir və bərpa işlərindən sonra açılışında iştirak edib
# 30 dekabr 2010 11:14 (UTC +04:00)
Bakı – APA. Dekabrın 30-da Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalı binasının təmir və bərpa işlərindən sonra açılışı olub. APA-nın məlumatına görə, açılışda Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

Prezident İ. Əliyev əvvəlcə binanın ətrafında yaradılan şəraitlə və inzibati bina ilə tanış olub.

Kamera və orqan musiqisi zalı binası ilə tanışlıq zamanı məlumat verilib ki, bu tarixi-memarlıq abidəsi 1896-1899-cu illərdə yevangelik-lüteran kilsəsi kimi inşa edilib. Bina 1934-cü ilədək kilsə kimi fəaliyyət göstərib. Burada orqan musiqisi ilk dəfə 1900-cü ildə səsləndirilib. Sonralar isə burada müxtəlif mədəni tədbirlər keçirilib. 1989-cu il fevralın 1-dən bina Mədəniyyət Nazirliyinin, müstəqillik illərində isə birbaşa Azərbaycan Dövlət Filarmoniyasının tabeliyinə keçib.

Prezident və xanımı orqan musiqisini dinləyiblər. Dövlət başçısı və xanımı binanın təmirdən əvvəlki vəziyyətini əks etdirən şəkillərə baxıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR