Bank Of Baku

Əli Əhmədov: “Azərbaycan iqtidarı 2010-cu ildə səmərəli fəaliyyət göstərib”

Əli Əhmədov: “Azərbaycan iqtidarı 2010-cu ildə səmərəli fəaliyyət göstərib”
# 30 dekabr 2010 12:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. “Azərbaycan iqtidarı 2010-cu ildə səmərəli fəaliyyət göstərib və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində əhəmiyyətli layihələr həyata keçirib”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə 2010-cu ilin yekunlarını dəyərləndirən YAP icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Ə. Əhmədov qeyd edib ki, 2010-cu ildə həyata keçirilən tədbirlər 2011-ci ildə də davam etdiriləcək: «Fundament və iradə var. Ümid edirəm ki, 2011-ci ildə də bir sıra layihələrimiz reallaşdırılacaq. Gələn il hər bir şeydən əvvəl insanların rifahının daha da yaxşılaşdırılması istiqamətində addımların atılmasını gözləyirəm. Eyni zamanda Dağlıq Qarabağ probleminin öz həllini tapacağına ümid edirəm».

Ə. Əhmədov prezident İlham Əliyevin «Jurnalistlərin dostu» mükafatına layiq görülməsinin dövlət başçısının ölkədə söz azadlığı və mətbuatın inkişafına verdiyi töhfənin nəticəsi olduğunu düşündüyünü deyib: «Azərbaycanda söz və mətbuat azadlığı üçün bütün imkanlar yaradılıb. Jurnalistlər çox düzgün və doğru qərar qəbul ediblər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR