Bank Of Baku

Hadı Rəcəbli: “Milli Məclisdə qanun yaradıcılığının yeni mərhələsi başlayıb”

Hadı Rəcəbli: “Milli Məclisdə qanun yaradıcılığının yeni mərhələsi başlayıb”
# 30 dekabr 2010 12:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisində qanun yaradıcılığının yeni mərhələsi başlayıb. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Milli Məclisin 2010-cu il payız sessiyasının işini müsbət qiymətləndirən H.Rəcəblinin sözlərinə görə, artıq parlamentdə yeni qanunların qəbulundan çox, mövcud qanunlara əlavə və dəyişikliklər edilməsi mərhələsi başlayıb: «Dəyişikliklərin hamısı xalqın rifahının yüksəldilməsinə yönəlib. Ola bilər ki, bunun bəzilərinin təsiri bu gün hiss olunmasın. Amma sabah mütləq hiss olunacaq. Bu baxımdan parlamentin payız sessiyası səmərəli keçib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR