Bank Of Baku

Ombudsman MTN-in istintaq təcridxanasına baxış keçirib

Ombudsman MTN-in istintaq təcridxanasına baxış keçirib
# 30 dekabr 2010 16:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasına baxış keçirib, burada saxlanılan şəxslərlə görüşüb, onların saxlanılma şəraiti və vəziyyəti ilə tanış olub. Görüş zamanı həmin şəxslər MTN-nin İstintaq Təcridxanasında saxlanılma şəraiti və onlara qarşı rəftarla əlaqədar heç bir şikayətlərinin olmadığını bildiriblər.

Eyni zamanda söhbət aparılmış şəxslərdən Habil Kamran oğlu Novruzov və Surac Güloğlan oğlu Əliyev ombudsmana öz şikayətlərini çatdırıblar.

Ombudsman saxlanma şəraitinin təkmilləşdirilməsi ilə də bağlı olaraq, müəssisə rəhbərliyinə müvafiq tövsiyələr vermişdir. Baxış zamanı Ombudsmanın aldığı məlumatlarla əlaqədar araşdırma aparılması və nəticələrini nəzərə alaraq müvafiq tədbirlərin görülməsi üçün səlahiyyətli orqanlara müraciətlər edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR