Bank Of Baku

Fuad Qəhrəmanlı: “AXCP və Müsavatın birləşməsinə tərəfdar olan şəxslərin Müsavatdan getməsi həm də bir aksiyadır”

Fuad Qəhrəmanlı: “AXCP və Müsavatın birləşməsinə tərəfdar olan şəxslərin Müsavatdan getməsi həm də bir aksiyadır”
# 05 yanvar 2011 10:59 (UTC +04:00)
Bakı. Pərvin Abbasov - APA. “Qabil Hüseynli və Adil Qeybullanın Müsavat Partiyasından istefa verməsi AXCP-ni təəssüfləndirir. Çünki Müsavat AXCP ilə müttəfiq partiyadır. Müsavat Partiyasının rəhbərliyindən itkilərin, qopmaların davam etməsi bizi narahat edir. Ancaq bir tərəfdən də həmin şəxslərin yalnız partiyadan istefa verməsi, demokratik düşərgəni tərk etmədiklərini bəyan etməsi yaxşı haldır. Biz istərdik ki, Müsavat Partiyasında bu istefaların səbəblərini doğuran problemlər aradan qalxsın və istefalar davam etməsin”. Bu açıqlamanı APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı verib. O, yanvarın 4-də partiyadan istefa vermiş Qabil Hüseynli və Adil Qeybullanın bir müddət əvvəl Müsavatdan istefa vermiş Sülhəddin Əkbər və İbrahim İbrahimli kimi AXCP və Müsavat Partiyasının birləşməsinə tərəfdar olduqlarını deyib: “Mətbuatda yazılanlardan məlum olduğu kimi, Sülhəddin bəy və İbrahim bəy açıq şəkildə birləşmə tərəfdarı olduğunu bəyan etmişdilər. Bizdə olan məlumata görə, Qabil bəy və Adil bəy isə partiyadaxili müzakirələrdə birləşmə tərəfdarı olublar və bu istiqamətdə səylər göstəriblər. AXCP və Müsavatın birləşməsinə tərəfdar olan şəxslərin Müsavatdan getməsi həm də bir aksiyadır. O mənada ki, bu istefalar diqqəti partiyaların birləşməsi məsələsində Müsavatda birmənalı mövqeyin formalaşmamasına yönəldir. Bu mənada hesab edirəm ki, partiyaların birləşməsi ilə bağlı proses davam edəcək. Çünki bu məsələyə Müsavat Partiyasının qurultayında münasibət bildiriləcəyini gözləyirik. O zamana qədər də AXCP olaraq birləşməklə bağlı tələbimizi davam etdirəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR