Bank Of Baku

Arzu Səmədbəyli: “Son istefalar həm Müsavat Partiyası, həm də o adamların özləri üçün itkidir”

Arzu Səmədbəyli: “Son istefalar həm Müsavat Partiyası, həm də o adamların özləri üçün itkidir”
# 05 yanvar 2011 13:29 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Müsavat Məclisinin sədri Arzu Səmədbəyli deyib. O bildirib ki, Qabil Hüseynli və Adil Qeybullanın partiyanın bu il keçiriləcək qurultayına qədər Müsavatda qalacağını gözləyirmiş: “Ancaq qurultayı gözləmədən getdilər. Təbii ki, bu onların öz qərarıdır. Ancaq onlar açıqlamalarında da Rəsulzadə ideyalarına sadiq qaldıqlarını, hansısa ictimai-siyasi qurumda fəaliyyətlərini davam etdirəcəklərini deyiblər. Mən onlara uğurlar arzu edirəm”.

A. Səmədbəyli deyib ki, Sülhəddin Əkbər, İbrahim İbrahimli, ardınca Qabil Hüseynli və Adil Qeybullanın partiyadan getməsi Müsavat Partiyası üçün itkidir: “Bu, həm partiya üçün, həm də o adamların özləri üçün itkidir. Çünki onlar partiyadan çıxmalarından xoşhal olduqlarını deməyiblər, təəssüf hislərini dilə gətiriblər. Kimlərsə gəlir, kimlərsə gedir. Son vaxtlar Müsavat Partiyasına xeyli gənc üzv olub, ancaq biz heç bunu mətbuata deməmişik. Bütün siyasi təşkilatlarda olduğu kimi, gələnlər də, gedənlər də olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR