Bank Of Baku

Müxalifət partiyalarının yaratdığı İctimai Palatanın Koordinasiya Şurasının ilk iclası keçirilib

Müxalifət partiyalarının yaratdığı İctimai Palatanın Koordinasiya Şurasının ilk iclası keçirilib
# 06 yanvar 2011 13:53 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının qərargahında bir qrup müxalifət partiyasının yaratdığı İctimai Palatanın Koordinasiya Şurasının ilk iclası keçirilib. Bu barədə APA-ya Koordinasiya Şurasının üzvü Pənah Hüseyn məlumat verib. O bildirib ki, 4 saat davam edən iclasa Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edib.

Toplantıda İctimai Palatanın prosedur məsələləri müzakirə edilib. Qərara alınıb ki, ayda bir dəfədən az olmayaraq İctimai Palatanın sessiyaları çağırılsın. Sessiyalar hər ayın sonuncu şənbə günü keçiriləcək. İlk sessiya yanvarın 29-da olacaq. Koordinasiya Şurasının toplantıları isə həftədə bir dəfədən az olmayaraq hər həftənin cümə günü keçiriləcək. Toplantıda qəbul olunan qərara əsasən İctimai Palatanın üzvləri yanvarın 20-də saat 14:00-da Şəhidlər Xiyabanını ziyarət edəcəklər.

Qeyd edək ki, Demokratiya Uğrunda Vətəndaş Hərəkatı - İctimai Palata 2010-cu il dekabrın 28-də təsis olunub. İctimai Palatanın 9 nəfərdən ibarət Koordinasiya Şurasının üzvlərinin yarısı siyasi partiyaların (İsa Qəmbər, Əli Kərimli, Yusif Bağırzadə, Pənah Hüseyn), yarısı vətəndaş cəmiyyətinin (Mirvari Qəhrəmanlı, Aqil Səmədbəyli, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, Hacı İlqar İbrahimoğlu) təmsilçiləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR