Bank Of Baku

Əhməd Oruc: “Etibar Məmmədovun Azərbaycanda siyasi proseslərə qarışmayıb, dünyadakı demokratik proseslərə köməklik göstərməsi gülüş doğurur”

Əhməd Oruc: “Etibar Məmmədovun Azərbaycanda siyasi proseslərə qarışmayıb, dünyadakı demokratik proseslərə köməklik göstərməsi gülüş doğurur”
# 07 yanvar 2011 09:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İsa Qəmbərin fəaliyyətinin şübhəli olması və qrant layihəsi olan İctimai Palata haqda açıqlamama cavab verə bilmədiklərindən məni və Azadlıq Partiyasını AMİP kimi partiyaların əli ilə təhqir etmək niyyətinə düşüblər. Hər bir halda AMİP funksioneri Əli Orucovun mənim və Azadlıq Partiyası ilə bağlı söylədiyi fikirləri AMİP-in mövqeyi kimi dəyərləndirirəm”. Bu açıqlamanı APA-ya Azadlıq Partiyasının sədri Əhməd Oruc verib. O bildirib ki, AMİP-in nə qədər qeyri-ciddi təşkilat olması son illər baş verən siyasi proseslərdə ortaya çıxıb: “Ölkədə çox az adam bilir ki, AMİP Beynəlxalq Demokratik İttifaqın üzvüdür. AMİP-i orada Etibar Məmmədov təmsil edir və həmin qurumun sədr müavinidir. Etibar Məmmədov Azərbaycanda siyasi proseslərlə bağlı heç nəyə qarışmır, münasibət bildirmir, hətta telefonlara da cavab vermir. Lakin dünyadakı demokratik proseslərə köməklik göstərir. Bu hal gülüş doğurur”. Ə. Oruc deyib ki, AMİP sədri Yusif Bağırzadə vaxtilə MSK üzvü kimi seçkiləri saxtalaşdıran sənədə imza atıb: “AMİP kimi siyasi partiyanın siyasi səhnədə qalması Azərbaycanın siyasi arenasının zəifliyi ilə əlaqələndirirəm”.

Qeyd edək ki, AMİP katibi Əli Orucov mətbuatda verdiyi açıqlamasında bildirib ki, Əhməd Oruc demokratiya uğrunda mübarizə aparan qüvvələrin bir araya gəlməsini istəmir: “Ancaq onun fikirlərinə cəmiyyətdə əhəmiyyət verən yoxdur. Əhməd Orucun nə özü, nə partiyası cəmiyyətdə tanınır. Onun hər hansı fikri küçədən keçən adi birisinin fikri qədər “təsir” imkanına malikdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR