Bank Of Baku

DUİ-yə yeni partiyalar qəbul olunacaq

DUİ-yə yeni partiyalar qəbul olunacaq
# 07 yanvar 2011 12:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti yığıncağı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, o cümlədən müxalifət daxilində gedən proseslər müzakirə mövzusu olub. Yığıncaqda qurumda yeni strukturun formalaşdırılması, ittifaqın genişlənməsi məsələləri də müzakirə olunub və DUİ Məclisinin yaradılması ilə bağlı qərar qəbul edilib. İlkin olaraq qərara gəlinib ki, Məclisə DUİ-də təmsil olunan partiyaların hər birindən 5 nəfər nümayəndə seçilsin. Təşkilata yeni partiyaların qəbul edilməsi də məqsədəuyğun sayılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR