Qabil Hüseynli: “Qurultaydan sonra da Müsavatdan istefalar ola bilər” - MÜSAHİBƏ
- Məlumatlara görə, Müsavat Partiyasının qurultayından sonra istefa verməliymişsiniz...
- Qurultaya qədər qalacaqdım. Ancaq qurultaya nümayəndə seçilmək istəmirdim. Seçkili orqanlara namizədliyimi də verməyəcəkdim. Ola bilərdi ki, qurultayın işində müşahidəçi kimi iştirak edim. Ancaq Adil bəyə (Adil Qeybulla nəzərdə tutulur – red.) qarşı haqsızlıq oldu, ona qarşı yaraşmayan addım atıldı, istefam tezləşdi.
- Adil bəylə çoxdan dostsunuz?
- Orada hamıyla dostam. Heç kimlə düşmənçiliyim yoxdur.
- Bildirmisiniz ki, Sizinlə birlikdə partiyaya gəlmiş insanlar var, onlardan bəziləri Sizinlə birgə getmək üçün müraciət edib. Kimdi həmin insanlar?
- Onlar partiyanın müxtəlif rayon təşkilatlarında olan insanlardır. Bəziləri tələbəm olub, bəziləri sinif yoldaşım, bəzisi kəndçimdir, başqa biri mənimlə bir yerdə gəlib partiyaya. Belələrinin sayı təxminən 20-25 nəfərdir. Onların bir qismi soruşur ki, “Siz getdiniz, indi biz neyləyək? Deməli bu partiyada qalmağın mənası yoxdur”. Mən də onlara deyirəm, başa salıram ki, mənim istefa verməyim onların partiyadan çıxmasına səbəb ola bilməz, partiyadan çıxmasınlar.
- Adil Qeybulla bildirib ki, onunla birgə yaradacağınız təşkilat siyasi partiyaya çevrilə bilər...
- Mən bir daha heç bir siyasi partiyada fəaliyyət göstərmək istəmirəm. Əgər hansısa partiyada olacaqdımsa, elə Müsavat Partiyasında qalardım. Yəqin biz Adil bəylə partiya yaratmayacağıq, bir təşkilat quracağıq. Hər halda, bizim partiya qurmağımız baş tutan söhbət deyil. Özümü sırf peşə fəaliyyətimə yönəltmək, elmi-tədqiqat işləri ilə məşğul olmaq, politoloq kimi fəaliyyət göstərmək istəyirəm. Məsələn, indi oturub milli qürur hissi ilə bağlı yazdığım əsərimi yenidən işləyirəm. Çalışacağam ki, ixtisasıma uyğun bir iş tapım. Olmasa, evdə oturub sərbəst yaradıcılıqla məşğul olacağam.
- Sizə işlə bağlı hansısa təklif olubmu?
- Yox, olmayıb. Ancaq özəl ali məktəblərdə iş axtaracağam. İndiyə qədər də axtarmışam. Ancaq uğurlu variant olmayıb, yalnız saathesabı dərs demək təklifi olub. Mən isə ştata götürülüb işləmək istəmişəm. Çünki saathesabı dərs deməyin müqabilində verilən əməkhaqqı heç yol haqqını ödəmir.
- Hazırda dolanışığınız necədir?
- Yaxşı olsaydı, oturub siyasətlə məşğul olardıq da. Pisdir ki, başımızı götürüb qaçmışıq. Bu, əslində dolanışıq dalınca qaçmağa bənzəyir.
- Türkiyəyə getmək variantınız var?
- Orada iş olsa, gedəcəm. Məsələn, Vurğun Əyyub gedib, Qarsda işə düzəlib. Qars Azərbaycana daha yaxındır, daha uğurlu variantdır.
- Vurğun Əyyub Türkiyəyə işləmək üçün getsə də, partiyanın Divan üzvü kimi qalıb. Siz nə əcəb partiyada passiv mövqe tutub qazanc dalınca düşməyi üstün tutmadınız?
- Axı mən partiya başqanının müavini idim. Düzdür, qərargaha getməyəndə bağışlayırlar. Ancaq ən azından həftədə bir dəfə partiyaya getməliydim. Bu, zəruri idi.
- Onda sualı başqa cür qoyaq: partiyadan getmək Sizə lazım idisə, niyə dost kimi ayrılmadınız?
- Düşmən kimi ayrılmamışıq ki... Dostcasına ayrılmışıq.
- Səmimimi ayrılmağı nəzərdə tuturam. Məsələn, İsa Qəmbərlə görüşüb, qucaqlaşıb ayrıla bilərdiniz...
- Elə olmur axı... Heç kəs yola düşəni qucaqlayıb yola salmaz, heç kəs də gedəndə “mən çıxıb gedirəm, məni qucaqla” deməz. Belə olmur.
- Müsavat Partiyasında olduğunuz müddətdə hansısa məhrumiyyətləriniz olubmu?
- Mən bunları bir-bir sadalamayacağam. Ancaq məhrumiyyətləri tək mən yox, Müsavatın əksər üzvləri yaşayıb. Mən elmlər doktoru, professoram, kafedra müdiri, dövlət müşaviri işləmişəm. Ancaq indi adicə bir kafedrada professor vəzifəsində çalışa bilmirəm.
- Vaxtilə Müsavat Partiyasında, müxalifətdə olduğunuza görə peşman deyilsiniz ki?
- Belə deyək də... Bu, bir tale, qismət idi. Bu yolu seçdik, ancaq yolu axıra çatdıra bilmədik. Daha doğrusu, uğurla başa çatdıra bilmədik. Məqsədimiz xalqa nəsə vermək idi. Görünür, səhvimiz də çox oldu - həm şəxsi planda, həm də partiyada, həm də liderlər səviyyəsində...
- İsa Qəmbərin də səhvləri var idi?
- Mən liderlərin hamısını nəzərdə tuturam. O, müxalifətin lideri, ağsaqqalı idi. Ağsaqqalın məsuliyyəti daha çox olur. Bir şey deyim: İsa bəy, Əli bəy, Mirmahmud bəy haqqında mifik şeylər formalaşdırmağa ehtiyac yoxdur. Onlar da bizim kimi insanlardır. Sadəcə bir az təcrübələri bizdən artıqdır, liderdirlər və o sarıdan da bizdən bir addım öndədirlər. Amma hər halda, ortada uğur yoxdursa, bunun məsuliyyətini onlar da, biz də bölüşürük.
- Sizcə İsa Qəmbərin növbəti qurultayda başqan olmayacağını deməsi Müsavat Partiyasından sonuncu istefaların baş verməsində nə qədər rol oynadı?
- Birbaşa da olmasa, dolayısı yolla oldu.
- Deyəsən Siz də növbəti qurultayda İsa Qəmbərin başqan olmasını istəyirsiniz...
- Əlbəttə. Çünki düşünürəm ki, İsa bəysiz partiya üçün ağır olacaq.
- Bəs İsa Qəmbərdən sonra Müsavat başqanlığına ən real namizəd kimi görürsünüz?
- Yeni başqanı qurultay nümayəndələri seçəcək.
- Hər halda, İsa Qəmbərin xələfi olmamış olmaz.
- Kənardan mən də görürəm. Ancaq bəzən proqnozlar düz çıxmır. Hər halda, İsa bəyin yeni başqanın seçilməsində rolu olacaq. İndidən bu cür iki nəfər görünür.
- Biri yəqin Arif Hacılıdır...
- Hə. O biri də Məclis sədri Arzu Səmədbəyli.
- Müsavat Partiyasından növbəti istefaların olacağını gözləyirsinizmi?
- Zənn etmirəm. Ancaq passiv fəaliyyətə keçənlər ola bilər. Bir də qurultaydan sonra Müsavatdan istefalar mümkündür.
- Sizcə, qurultaydan sonra Müsavat Partiyası parçalana bilərmi?
- Yox, istefalar ola bilər, ancaq partiya parçalanmaz. Çünki Müsavat tarixi partiyadır, heç kəs onu parçalamağa ürək eləməz.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
ABŞ İranın əsas nümayəndə heyətinə BMT Baş Assambleyasında iştirak üçün viza verib
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək