Bank Of Baku

YAP-ın Quba rayon təşkilatı üçün yeni bina tikiləcək

YAP-ın Quba rayon təşkilatı üçün yeni bina tikiləcək
# 08 yanvar 2011 10:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) Quba rayon təşkilatının 9-cu konfransı keçirilib. YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcə konfrans iştirakçıları Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirdə YAP Quba rayon təşkilatının sədr əvəzi Ədalət Nəbiyev məruzə ilə çıxış edərək qurumun 18 illik fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, rayonda hakim partiyanın 5 083 üzvü partiya təşkilatında birləşir. Konfransda Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibov, Milli Məclisin deputatları Siyavuş Novruzov, Yevda Abramov, Vahid Əhmədov və Rauf Əliyev çıxış edib. İcra Hakimiyyətinin başçısı Rauf Həbibov çıxışında bu il təşkilat üçün müasir standartlara uyğun yeni binanın tikintisinə başlanacağını bildirib. Sonra konfransda təşkilati məsələlərə baxılıb. Ədalət Nəbiyev yenidən YAP-ın Quba rayon təşkilatının sədri seçilib, 45 nəfərdən ibarət Şura, 21 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR