Bank Of Baku

ALP sədri: “İctimai Palatanın gələcəyi yoxdur, çünki bu qurumun təşəbbüskarı olan təşkilatı parçalanma və istefalar bürüyüb”

ALP sədri: “İctimai Palatanın gələcəyi yoxdur, çünki bu qurumun təşəbbüskarı olan təşkilatı parçalanma və istefalar bürüyüb”
# 11 yanvar 2011 09:20 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Müxalifətdə siyasi alverlə məşğul olan təşkilat rəhbərlərinin hakimiyyətə gəlməsi Azərbaycan xalqı üçün böyük faciə olar. Bir deputat mandatı üçün xalqın maraqlarını bu şəkildə satanlar, müəyyən məbləğdə pul üçün dövləti və xalqı xarici da qüvvələrə satarlar”. Bunu APA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. Ə. Temirxan Azərbaycan cəmiyyətinin müxalifətin geniş spektrdə birliyini istədiyini bildirib: “Lakin bəzi partiyalar birlik pərdəsi altında müxalifətin parçalanmasına nail olub”.

Ə. Temirxan müxalifətin İctimai Palata formatında birliyə nail olacağına da inanmadığını söyləyib: “Bu qurumun gələcəyi yoxdur. Çünki bu qurumun təşəbbüskarı olan təşkilatı parçalanma və istefalar bürüyüb. Ümumiyyətlə isə İctimai Palatada səmimilik yoxdur. Uzun zaman müxalifətin birliyindən siyasi alver məqsədi ilə istifadə edənlər bu qurumda üstünlük təşkil edir”.

ALP sədri onu da qeyd edib ki, “Azadlıq” bloku dağıldıqdan sonra yaranan bütün siyasi bloklar hamısı birlikdə “Azadlıq” blokunun gücünə və cəmiyyət arasında məntiqli nüfuza malik deyil: “Bu birlikdən danışan müxalifətdəki bəzi partiyaların məqsədi “Azadlıq” blokunu dağıtmaq idi. Buna nail oldular və təəssüf ki, blokdakı dostlarımız da bu plana uyğun addım atdılar. Bu kimə faydalı idi? Əlbəttə, iqtidara. Bir il əvvəl kim müxalifətin dağılmasına rəvac verdi? Kim müxalifətdə DTK və iqtidar agenti axtarışına çıxdı? Bunları siyasi prosesləri izləyənlər bilir. Əslində birlik pərdəsi altında bəziləri müxalifəti parçalayır və iqtidarın sifarişi olmadan belə, hakimiyyətin xeyrinə işləyirlər”.

Ad çəkməkdən yayınan Ə. Temirxan deyib ki, siyasətlə maraqlananlar hansı partiya liderinin bu parçalanmaya səbəb olduğunu bilirlər. “Lüzumsuz qarşıdurma yaratmaq istəmirəm. Həmin siyasi qurumlar elə zəifləyiblər ki, onların adlarını çəkib ittiham etməyə dəyməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR