Bank Of Baku

Fuad Qəhrəmanlı: “Arif Hacılının dediklərinə onun şəxsi mövqeyi kimi baxırıq”

Fuad Qəhrəmanlı: “Arif Hacılının dediklərinə onun şəxsi mövqeyi kimi baxırıq”
# 11 yanvar 2011 09:21 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Müsavat Partiyasının hər hansı səlahiyyətli orqanının – nə Məclisinin, nə də qurultayının AXCP ilə birləşib-birləşməməklə bağlı qərarı yoxdur. Müsavatın ayrı-ayrı funksionerləri birləşmə məsələsi haqqında fərqli fikirlər bildirirlər. Bu gün mətbuatda da fərqli fikirlər yer alıb. Əgər Arif Hacılı bu məsələni bitmiş sayırsa, Müsavat başqanının digər müavini Tofiq Yaqublu müzakirələrin getdiyini bildirir. Ona görə də Arif bəyin dediklərinə partiya funksioneri olaraq şəxsi fikri kimi baxırıq”. Bu sözləri APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının “AXCP və Müsavatın birləşməsi haqda söhbətləri bitmiş hesab etmək olar” fikrinə münasibət bildirərkən deyib. O xatırladıb ki, AXCP qurultayda qəbul etdiyi birləşmə qərarını rəsmi qaydada Müsavat Partiyasına təqdim edib: “Müsavat Partiyasından isə bizə belə bir qərar təqdim olunmayıb. Ona görə də Arif Hacılının mətbuatda yer alan fikirlərini onun şəxsi qənaəti kimi qəbul edirik. Ola bilsin ki, o, birləşmə məsələsini bitmiş saysın, birləşməni müsbət yanaşmasın. Ancaq qeyd etdiyim kimi, Müsavatın digər funksionerlərinin fərqli fikirləri var. Ona görə də biz qurultayın qərarını gözləyirik. Birləşmə məsələsini bitmiş saymaq tələskən addımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR