Bank Of Baku

Azərbaycanda məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirməyə başlayıb

Azərbaycanda məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirməyə başlayıb
# 13 yanvar 2011 10:27 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq ölkə üzrə məntəqə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. O qeyd edib ki, seçki siyahılarının dəqiqləşdirilməsi ölkədə seçki ilinin olub-olmamasından asılı olmayaraq, Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq hər ilin əvvəlindən başlayaraq aparılır.

Məntəqə seçki komissiyalarında proses fevralın 5-dək yekunlaşacaq. Bundan sonra isə dairə seçki komissiyaları (DSK) öz hüdudlarında analoji prosesə start verəcək və aprelin 5-dək siyahıları təsdiqləyərək MSK-ya göndərəcək.

Sonra isə analoji işi MSK aparacaq. Bu zaman Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yardımından da istifadə olunacaq. Prosesin sonunda (may ayının sonunadək) yekun siyahılar müvafiq olaraq DSK və məntəqə seçki komissiyalarına qaytarılacaq.

Azərbaycanda 125 Seçki Dairəsi, 5 mindən artıq isə seçki məntəqəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR