Bank Of Baku

Sabiq müsavatçıların yaradacağı ictimai-siyasi təşkilatın Nizamnaməsi hazırlanır

Sabiq müsavatçıların yaradacağı ictimai-siyasi təşkilatın Nizamnaməsi hazırlanır
# 13 yanvar 2011 12:09 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının sabiq funksionerləri Qabil Hüseynli və Adil Qeybullanın yaradacağı “Müsavat irsi və müasirlik” adlı ictimai-siyasi qurumun Nizamnaməsi hazırlanır. Bu barədə APA-ya A. Qeybulla məlumat verib. O, Nizamnamənin müəllifinin özü olduğunu deyib: “Biz təməl prinsiplərinə istinad edirik və təbii ki, qloballaşan dünyada Azərbaycanın yeri, regional təhlükəsizlik məsələləri, Müsavat ideologiyası nəzərə alınacaq. Yəqin Qarabağ məsələsi ilə bağlı da yanaşmamız əksini tapacaq. Ancaq prinsipial olaraq təməl prinsiplərindən yayınma olmayacaq”.

A. Qeybulla Q. Hüseynli ilə birgə “Çağdaş Müsavat” adlı partiya yaratması barədə məlumatların yalan olduğunu bildirib.

Xatırladaq ki, Qabil Hüseynli və Adil Qeybulla bu il yanvarın 4-də Müsavatdan istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR