Bank Of Baku

Sabiq deputatlardan bir qismi 900 manatadək aylıq müavinət alır

Sabiq deputatlardan bir qismi 900 manatadək aylıq müavinət alır
# 14 yanvar 2011 12:22 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Azərbaycan Milli Məclisinin (MM) sabiq deputatlarından bir çoxu hələ də MM-dən aylıq müavinət alır. APA-nın məlumatına görə, bu, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanununa əsasən həyata keçirilir və deputatların bir qismi vaxtilə aldıqları maaşlarının böyük bir qismi məbləğində aylıq müavinət alırlar.
Qanunun 30-cu maddəsinə əsasən, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi (təxminən 900 manata qədər) məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət ala bilər. Lakin bu, sabiq deputatın öz təşəbbüsü ilə işsiz olması barədə arayışı və digər müvafiq sənədləri Milli Məclisə təqdim etdikdən sonra olmalıdır.
Sabiq deputatlardan müavinət alanların bir qismi bu səlahiyyətindən istifadə edir. Onlar arasında “Müsavat” deputat qrupunun bütün üzvləri (Arzu Səmədbəyli, Nəsib Nəsibli, Pənah Hüseyn, İltizam Əkbər və İkram İsrafil), Aynur Camalqızı (Quliyeva) və başqaları var.
Nazim Məmmədov, Əhəd Abıyev kimi sabiq deputatlar isə müavinət almağa ehtiyac görməyiblər.
Sabiq deputatlardan pensiya yaşına çatan şəxslər (Vaqif Səmədoğlu, Maqsud İbrahimbəyov və s.) isə sabiq deputat kimi aylıq təqaüd aldığından, onlara müavinət verilmir.
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında deputatların müavinət almaları barədə məlumatı təsdiqləyib. Lakin o, müavinət alan deputatların tam siyahısını açıqlamaqdan imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR