Bank Of Baku

Azərbaycan və Rusiyanın hakim partiyalarının gənclər birlikləri arasında saziş imzalanacaq

Azərbaycan və Rusiyanın hakim partiyalarının gənclər birlikləri arasında saziş imzalanacaq
# 14 yanvar 2011 15:15 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Azərbaycanın hakim Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi və Rusiyanın hakim “Yedinaya Rossiya” Partiyasının gənclər birliyi olan “Molodaya qvardiya” təşkilatı (MQER) arasında əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur. APA-nın xəbərinə görə, bu barədə YAP-ın rəsmi saytına müsahibəsində partiyanın Gənclər Birliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ramin Məmmədov deyib. “Biz MQER-lə əməkdaşlığa hazırıq və bu istiqamətdə addımlar atmışıq” – deyə, o əlavə edib.

R. Məmmədov bildirib ki, 140 min nəfərdən çox üzvü olan YAP Gənclər Birliyi Azərbaycanın ən güclü gənclər təşkilatıdır.

Qeyd edək ki, YAP-ın üzvlərinin sayı 526 mindən çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR