Əbülfəs Qarayev: ““Şahdağ” qış-yay turizm kompleksində 2011-2012-ci ilin qış mövsümündə 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulub”
Hesabat ilində Azərbaycan Respublikasının İslam Konfransı Təşkilatının Mədəniyyət Nazirləri Konfransına sədrlik etməsi nəticəsində ölkəmizin uğurla əməkdaşlıq etdiyi bir sıra İslam ölkələrində – Misir Ərəb Respublikasında, İordaniya Krallığında, İran İslam Respublikasında, Qətərdə, Mərakeşdə, eləcə də Kuba Respublikası və Meksikada yüksək səviyyədə təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dünya ictimaiyyətinin böyük marağına səbəb olub. Bu mənada hesabat ilində Sizin sərəncamınıza əsasən dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi münasibətilə keçirilən tədbirlər silsiləsi xüsusi əhəmiyyət kəsb edir. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı ölkənin teatr həyatının yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Proqram çərçivəsində 2010-cu ilin noyabrında Bakıda ilk dəfə keçirilən “Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər” adlı Beynəlxalq teatr konfransında 30 ölkənin nümayəndələri iştirak ediblər.
İl ərzində ölkə teatrlarında dövlət sifarişi ilə 20-dən artıq tamaşa hazırlanıb təhvil verilib, Azərbaycan rəssamlarının 40-dan artıq sərgisi keçirilib. Hesabat dövründə respublikanın kitabxana, muzey, digər mədəniyyət mərkəzlərinin fəaliyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülüb, xalq yaradıcılığının inkişafı və təbliği ilə bağlı müvafiq tədbirlər həyata keçirilib. “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” Sərəncamınıza əsasən, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması sahəsində müsbət irəliləyişlər əldə edilib, respublikada 38 kitabxananın veb-saytı yaradılıb, 17 kitabxanada Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi quraşdırılıb, elektron kataloq və elektron kitabxanaların yaradılmasına başlanılıb. “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncamınıza əsasən regionlarda fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair tədbirlər görülüb. Azərbaycanda ilk dəfə olaraq Musiqi Mədəniyyəti Dövlət Muzeyində kompleks avtomatlaşdırılmış muzey informasiya sistemi - KAMİS proqramı tətbiq edilib.
Respublikanın bölgələrində yaradılmış Heydər Əliyev muzeyləri və mərkəzləri öz zəngin maddi-texniki bazası ilə seçilir, ümummilli lider Heydər Əliyevin həyat yolunu geniş işıqlandırmaqla yanaşı, əhalinin, xüsusən gənclərin mədəni həyatının təşkilində mühüm rol oynayır”.
Əbülfəs Qarayev ötən il ölkədə tarixi abidələrin bərpası istiqamətində işlərin davam etdirildiyini bildirib: “Azərbaycan kinosunun inkişafı ilə bağlı dövlət proqramının icrası uğurla yerinə yetirilib, yeni filmlər çəkilib və onlar beynəlxalq festivallarda nümayiş etdirilib. Azərbaycan beynəlxalq kitab sərgilərində də uğurla təmsil olunub, teatrlar, muzey və digər mədəniyyət ocaqlarında əsaslı təmir və yenidənqurma işləri görülüb və bu, indi də davam edir”.
Nazir turizm sahəsində görülən işlərdən də danışıb: ““Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin başlanğıcıdır. İnanırıq ki, bu Sərəncam ölkədə turizm sektorunun dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsinə güclü təkan verəcək. Sizin IX Beynəlxalq Turizm Sərgisi və I Ümumrespublika Daxili Turizm Sərgisində iştirakınız, sahənin inkişafı ilə dərindən maraqlanmağınız, dəyərli tövsiyələriniz bu sahədə mövcud olan bütün qüvvələri səfərbərliyə almış, ölkənin iqtisadi qüdrətinin artmasında müstəsna imkanlara malik olan turizmin tərəqqisi yolunda geniş üfüqlər açıb. Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda burada işlərin birinci fazası 50 faizə qədər icra olunub, gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilib. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulub.
Turizmin inkişafına yönəlmiş çoxsaylı tədbirlər sırasında Bakı şəhərində məşhur özəl şirkətlər tərəfindən inşa olunan mehmanxana kompleksləri, Qəbələdə inkişafda olan turizm potensialı da diqqəti cəlb edir. Beynəlxalq standartlara uyğun mehmanxana şəbəkəsinin inkişafı bu sahədə çalışan kadrların hazırlanması zərurətini meydana çıxarır.
Cənab prezident, Sizin 2006-cı il 25 avqust tarixli Fərmanınıza əsasən yaradılmış Azərbaycan Turizm İnstitutunun 2010-cu ilin mayında ilk buraxılışı olub.
2010-cu ildə nazirlik respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərinə qatılıb. Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında - CNN, Euronews, Travel Channel, BBC, CNBC, “National Geographic”də reklam çarxları yayımlanır. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılır.
Sizin tərəfinizdən aparılan uğurlu beynəlxalq siyasət müasir dünyada Azərbaycanın mövqelərini möhkəmləndirib. Bu, təbii olaraq milli mədəniyyətimizin dünyada tanıdılmasına böyük imkanlar yaradır. Xalqımıza məxsus aşıq-ozan sənəti, muğam və xanəndəlik sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu o deməkdir ki, artıq saz və muğam sənəti milli çərçivələri aşaraq ümumdünya dəyəri qazanıb. 2010-cu ildə Azərbaycan Respublikası YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib. Keniyada keçirilən sessiyada Azərbaycan xalçaçılıq sənətinin də Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi qərara alınıb. Bu qərar xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB