Gənclər və idman naziri Azad Rəhimov: “Şahmat Sarayının, Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi planlaşdırılır”
Hesabat dövründə gənc liderlər üçün müxtəlif mövzularda seminarlar, konfranslar, təlim kursları, diskussiyalar keçirilmiş, yay aylarında mindən artıq gəncin iştirakı ilə respublikamızın müxtəlif bölgələrində istirahət və təlim düşərgələri təşkil edilib”.
Azad Rəhimov ölkədə idmanın inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən də danışıb: “Azərbaycan dünyada idman dövləti kimi tanınır. Belə ki, il ərzində ölkəmizdə qılıncoynatma üzrə yeniyetmə və gənclər arasında dünya birinciliyi, sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatı, boks üzrə gənclər arasında dünya birinciliyi, bodibildinq üzrə dünya çempionatı, kikboksinq üzrə Avropa çempionatı, Beynəlxalq Mingəçevir Reqatası yarışı, atçılığın konkur növü üzrə dünya kubokunun təsnifat mərhələsi və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilib. Ümumilikdə, ölkəmizdə 84 idman növü üzrə 457 idman yarışı keçirilib ki, onlardan da 49-u beynəlxalq səviyyəli olub. Bundan başqa, 4000 nəfərdən artıq idmançımız 352 beynəlxalq yarışlara ezam olunub.
2010-cu ilin ən möhtəşəm idman nailiyyəti təbii ki, Sinqapurda keçirilmiş Yeniyetmələrin Birinci Yay Olimpiya Oyunlarında idmançılarımızın ölkəmizi ləyaqətlə təmsil etmələri olub. Bu oyunlarda Azərbaycanın 12 nəfərdən ibarət komandası 5 qızıl və 3 gümüş medal qazanaraq komanda hesabında 204 ölkə arasında 11-ci yeri tutub. Eyni zamanda, Azərbaycan iştirakçıların sayına görə ən yaxşı nəticə göstərən ikinci ölkə olub, ümumi hesabda müsəlman ölkələri arasında birinci, Avropada 6-cı, MDB ölkələri arasında 3-cü yeri tutub.
Bakıda keçirilmiş sərbəst və yunan-Roma güləşi üzrə Avropa çempionatında idmançılarımız 7 qızıl, 2 gümüş və 1 bürünc, boks üzrə gənclər arasında dünya birinciliyində 1 qızıl, 1 gümüş, 1 bürünc, bodibildinq üzrə dünya çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar. Türkiyədə keçirilən cüdo üzrə dünya çempionatında paralimpiyaçı cüdoçularımız 3 qızıl və 3 bürünc medal, İspaniyada təşkil olunmuş kayak və kanoe qayıqlarında avarçəkmə üzrə Avropa çempionatında idmançılarımız 1 qızıl, Moskvada keçirilmiş bədii gimnastika üzrə dünya çempionatında idmançımız Aliyə Qarayeva fərdi yarışlarda 3 bürünc, komanda hesabında isə yığmamız 1 bürünc medal qazanıblar.
2010-cu ildə idmançılarımız ölkəmizi şərəflə təmsil edərək Azərbaycanın idman şöhrətini daha da yüksəklərə qaldırıb, müxtəlif beynəlxalq yarışlarda uğurla çıxış edərək, ümumilikdə, 675 medal qazanıblar ki, bunlardan da 206-sı Olimpiya idman növləri üzrədir. Eyni zamanda il ərzində 95 idmançımız dünya, 70 idmançımız isə Avropa çempionu adına layiq görülüb.
Bu uğurlarla bərabər bizi qarşıda daha böyük və məsuliyyətli işlər gözləyir. Belə ki, bu il London Olimpiya Oyunlarına hazırlığın son ilidir. Sizin XXX Yay Olimpiya Oyunlarına hazırlıq haqqında 2010-cu il 22 iyun tarixli Sərəncamınıza uyğun olaraq, hazırlıq işləri xüsusi konsepsiya üzrə həyata keçirilməkdədir. Bu il Bakıda cüdo, boks, taekvondo üzrə lisenziya xarakterli yarışlar keçiriləcək.
2010-cu il ərzində daha 5 Olimpiya-İdman kompleksi istismara verilmiş, bununla da indiyədək tikilib istifadəyə verilmiş Olimpiya komplekslərinin sayı 28-ə çatıb. Hazırda daha 11 kompleksin tikintisi davam etdirilir. 2011-ci ildə isə 6 kompleksin istismara verilməsi planlaşdırılıb.
Mingəçevir şəhərində “Kür” Olimpiya Tədris İdman Mərkəzi tikilib istifadəyə verilib. Mərkəzdə MDB məkanında bənzəri olmayan avarçəkmə bazası yaradılıb. Bu baza nəinki idman bazası kimi, eyni zamanda, turizm obyekti kimi də yüksək səviyyəli xidmətlər göstərmək imkanına malikdir.
Son zamanlar idman komplekslərinin dünya və Olimpiya Oyunlarının keçirilməsi üçün ən müasir texnoloji imkanlara malik olmasına xüsusi diqqət yetirilir. Bu tələblərə cavab verən Gimnastika Kompleksinin tikintisi davam etdirilir, Respublika İdman Tibb Mərkəzinin tikintisinə başlanılıb, Bakı şəhərində hovuz kompleksinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işləri gedir, Şahmat Sarayının, Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi planlaşdırılır. Qeyd etmək istəyirəm ki, müvafiq federasiyalarla birlikdə boks, cüdo, güləş və karate idman mərkəzlərinin layihə-smeta sənədləri hazırlanır və tikintiyə hazırlıq işlərinə başlanılıb.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB