Bank Of Baku

Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 17 yanvar 2011 14:02 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər barədə fikir mübadiləsi aparılıb.

İclasda Müsavat Gənclər Təşkilatının ötən həftə partiya qərargahında “Müsavatçılıq və gənclik” mövzusunda təşkil etdiyi tədbirin yüksək səviyyədə keçirildiyi vurğulanıb. Divan üzvləri Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağının yanvarın 24-də keçirilməsini razılaşdırıb.

Toplantıda İctimai Palatanın Koordinasiya Şurasında müzakirə olunan məsələlər barədə məlumat verilib və palatanın sessiyasına hazırlıq işləri barəsində fikir mübadiləsi aparılıb. Həmçinin, 20 Yanvar günü Şəhidlər Xiyabanının İctimai Palata üzvləri ilə birlikdə saat 14:00-da ziyarət edilməsi qərara alınıb.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR