Müsavat Məclisinin üzvü: “AXCP və Müsavatın birləşməsi üçün sona qədər mübarizə aparacağıq”
S. Əkbər Sumqayıt rayon təşkilatından 15 nəfərin istefa verməsini isə tələsik addım adlandırıb: “Məncə onlar bir qədər tələsdilər. Ən azından qurultaya qədər qalıb, qurultayda birləşməklə bağlı müsbət nəticə əldə etmək mümkündür. Çünki mən AXCP ilə birləşməklə bağlı imkanların tam tükəndiyini görmürəm. Çünki təkcə Müsavatın Nərimanov rayon təşkilatında deyil, ümumilikdə Müsavat Partiyasında birliyin tərəfdarı olan kifayət qədər insan var. Mən gördüyüm, söhbət etdiyim insanların demək olar ki, hamısı bu birliyin tərəfdarıdırlar, ən azından bunu söhbət zamanı deyirlər”.
O, Müsavat Partiyasının bu ilin ilk yarısında keçiriləcək VIII qurultayında AXCP ilə birləşməyə nail olmayacaqları təqdirdə isə dostları ilə məsləhətləşərək müvafiq addım atacaqlarını bildirib: “Hələ ki, qurultaya qədər partiyadan getməyi düşünmürük”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya deyib ki, partiya Məclisi Müsavat-AXCP münasibətləri ilə bağlı məsələləri müzakirə edib və bu mərhələdə qərarlar qəbul olunub: “Düzdür, Müsavat Partiyasının Nizamnaməsinə görə, hətta qərarlar qəbul olunduqdan sonra da partiya üzvlərinin bu qərarların əleyhinə təbliğat aparmaq ixtiyarları var. Ancaq mən hesab etmirəm ki, bu məsələ Müsavat Partiyasının daxilində gərginliyi bundan sonra da davam etdirəcək. Açığı, bu tipli məsələlər süni surətdə qabardıldıqca, müxtəlif adamlar guya Müsavatın inteqrasiya tərəfdarı olmaması bəhanəsi ilə kampaniyalar təşkil etdikcə, bu, AXCP və Müsavat partiyalarının nəinki birləşməsinə, hətta bu partiyaların müttəfiqlik münasibətlərinə belə, xələl gətirəcək səviyyəyə gəlib çıxır. Müsavat Partiyasının on minlərlə üzvü bu tipli təbliğatı ikrah hissi ilə qarşılayır. Mən partiyanın Nərimanov rayon təşkilatının üzvləri ilə görüşmüşəm. Hesab edirəm ki, partiyanın bu təşkilatında hansısa problemlər olmayacaq”.
A. Hacılı Səlahəddin Əkbərin Müsavat Məclisinin sonuncu iclasının birinci hissəsində iştirak etdiyini bildirib: “O, partiyada bundan sonra da fəaliyyətini davam etdirəcəyini partiyanın müvafiq strukturlarının nümayəndələrinə bildirib. Bir daha deyirəm, Müsavat Azərbaycanda yeganə partiyadır ki, onun strukturlarında hətta hansısa qərarlar qəbul etdikdən sonra belə, bu qərarlara qarşı çıxış etmək partiya Nizamnaməsinə zidd sayılmır. Bu baxımdan, mövqeyini açıqlamaq, fikirlərini bildirmək Səlahəddin Əkbərin Nizamnamə ilə ona verilmiş hüququdur. O, bu hüquqdan istifadə edir. Mən belə mövqelərə təəssüf edirəm. Təəssüf ki, bir çox qüvvələr bu məsələlərdən Müsavat Partiyasının əleyhinə istifadə etməyə çalışır. Ancaq düşünmürəm ki, bu kimi məsələlər Müsavatın zəifləməsinə səbəb olacaq. Əksinə, bu cür proseslərin getməsi partiyamızın on minlərlə üzvünün daha dinamik, çevik fəaliyyət göstərməsi ilə nəticələnir. Hər bir zərərdə bir xeyir var. Bu fəsadların, itkilərin, yerini doldurmağa nail olacağıq və Müsavat Partiyası bu prosesdən güclənmiş çıxacaq”.
Qeyd edək ki, Səlahəddin Əkbər Müsavat Məclisinin sabiq sədri Sülhəddin Əkbərin qardaşıdır. Sülhəddin Əkbər İbrahim İbrahimli ilə birgə 2010-cu il noyabr ayında partiyadan istefa verib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB