Bank Of Baku

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası olub

Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası olub
# 18 yanvar 2011 16:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

İclasda 7 məsələyə baxılıb. Komitə üzvləri qanun layihələrinə münasibət bildiriblər. Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafına, o cümlədən İran, Qazaxıstan, Rusiya, Türkmənistan, İtaliya, Monteneqo və Portuqaliya hökumətləri ilə müxtəlif sahələrdə əməkdaşlığa dair sazişlərin və digər sənədlərin ratifikasiyası məqsədəuyğun sayılıb.

Gündəlikdəki bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR