Bank Of Baku

Əhməd Oruc: “İctimai Palatanı onlara qrant vermiş xarici təşkilatlara alternativi olmayan qurum kimi təqdimat edirlər”

Əhməd Oruc: “İctimai Palatanı onlara qrant vermiş xarici təşkilatlara alternativi olmayan qurum kimi təqdimat edirlər”
# 19 yanvar 2011 12:51 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İctimai Palatanın təsisçiləri olan partiyalar Demokratiya Uğrunda İttifaqı zəiflətmək və dağıtmaq üçün ciddi fəaliyyət göstərirlər. Hətta DUİ-yə daxil olan partiyaların bəzilərinin sədrləri ilə görüşlərin keçirildiyi də məlumdur”.

DUİ-nin həmtəsisçisi, Azadlıq Partiyasının Əhməd Oruc APA-ya açıqlamasında deyib ki, həmin partiyalar DUİ-də təmsil olunan siyasi qurumların funksionerləri ilə də müəyyən danışıqlar aparıblar: “Onlara təlqin olunur ki, İctimai Palatanın siyasi imkanları daha genişdir və beynəlxalq güclərin bu quruma dəstək verəcəklər. Hər birinə öz partiyalarında DUİ-yə qarşı çıxmaq kimi tövsiyələr də verilir. Bu barədə məlumatlıyıq. Artıq DUİ-nin zəiflədilməsi və dağıdılması istiqamətində fəaliyyət ortadadır”.

Ə. Oruc bildirib ki, bu məsələ DUİ Sədrlər Şurasında müzakirə olunub: “Seçkilərdə “AXCP-Müsavat” blokunu alternativi olmayan qurum kimi təqdim edirdilər. Bu gün isə İctimai Palatanı bu şəkildə öz sahiblərinə - onlara qrant vermiş xarici təşkilatlara təqdimat edirlər”. O, DUİ-də ciddi fikir ayrılığının və parçalanma meyllərinin olmadığını deyib: “Pənah Hüseynin və Azərbaycan Xalq Partiyasının DUİ-dən getməsi isə qurumun dağılması kimi yozula bilməz”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya deyib ki, İctimai Palatanın təsisçiləri, orada əsas söz sahibi olan qüvvələr DUİ-yə daxil olan partiyaların İctimai Palatada iştirakına qarşı olmayıblar: “Lakin açıqlamada qeyd olunan şəkildə addımların atılmasının həqiqətə uyğun olmaması prosesdə yaxından iştirak edənlər üçün məlumdur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR