Bank Of Baku

Arif Hacılı: “Ümid edirəm ki, ətrafındakı şəxslərin Müsavat əleyhinə mövqelərinə son qoymaları üçün Əli Kərimli lazımı addımlar atacaq”

Arif Hacılı: “Ümid edirəm ki, ətrafındakı şəxslərin Müsavat əleyhinə mövqelərinə son qoymaları üçün Əli Kərimli lazımı addımlar atacaq”
# 19 yanvar 2011 12:52 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Təəssüf ki, son vaxtlar AXCP funksionerləri tərəfindən Müsavat Partiyasının siyasəti, onun rəhbərləri əleyhinə açıqlamaların sayı artıb”. Bunu APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbər Arif Hacılı AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadırın onun və partiya başqanı İsa Qəmbərin haqqında mətbuatda işlətdiyi fikirlərə münasibət bildirərkən deyib. A. Hacılı Xaliq Bahadır və digərlərinin bu tipli açıqlamalarının iki partiya arasında müttəfiqlik münasibətlərinə xələl gətirdiyini vurğulayıb. “Heç şübhəsiz ki, belə mövqelər Müsavat-AXCP münasibətlərinə xələl gətirir. Ümid edirəm ki, Müsavatla müttəfiqlik münasibətlərində maraqlı olan şəxslər, xüsusilə də AXCP sədri Əli Kərimli bu tipli açıqlamaların yaratdığı fəsadları nəzərə alaraq, ətrafında olan şəxslərin bu tipli mövqelərinə son qoyulması üçün addımlar atacaq”.

Qeyd edək ki, AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır mətbuata açıqlamasında AXCP-Müsavat birliyinin baş tutmamasında Müsavat başqanı İsa Qəmbəri və partiyanın Mərkəzi İcra Aparatının rəhbər Arif Hacılını günahkar sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR