Bank Of Baku

İsa Qəmbərlə Yusif Bağırzadə görüşüb

İsa Qəmbərlə Yusif Bağırzadə görüşüb
# 19 yanvar 2011 13:30 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bu gün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri arasında görüş olub. APA-nın məlumatına görə, görüşdə ölkədəki ictimai-siyasi durum və müxalifətin yaratdığı İctimai Palatanın fəaliyyəti müzakirə olunub.

Görüşdə Koordinasiya Şurasının və İctimai Palatanın keçirilməsi nəzərdə tutulan növbəti iclasları barəsində də fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, İctimai Palatanın Koordinasiya Şurasının İ. Qəmbər və Y. Bağırzadə də daxil olmaqla ümumilikdə 9 üzvü var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR