Bank Of Baku

Ermənilərin Azərbaycanda törətdiyi soyqırımla bağlı sənədli film çəkilir

Ermənilərin Azərbaycanda törətdiyi soyqırımla bağlı sənədli film çəkilir
# 19 yanvar 2011 13:34 (UTC +04:00)
Quba. Könül Abdullayeva – APA. 1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırımla bağlı yeni sənədli film çəkilir. APA-nın şimal bürosunun məlumatına görə, “Yaddaşın rəmzi” adlanan sənədli film erməni vəhşiliyini əyani faktlarla əks etdirəcək.

Arxiv materiallarına əsaslanan filmdə ermənilərin 1918-ci ildə Azərbaycanın ayrı-ayrı bölgələrində, eləcə də Qubada törətdiyi vəhşi qırğınlar barədə ətraflı məlumat veriləcək. Mahir Qədimovun ssenarisi əsasında çəkilişlərə başlayan quruluşçu rejissor Ələkbər Muradov Qubadakı soyqırım məzarlığının tarixin əyani nişanəsi kimi təqdim olunacağını bildirib. Rejissor 1918-ci ilin Quba faciəsi ilə bağlı Azərbaycan Dövlət Arxivindən və Türkiyənin arxivlərindən yeni məlumatların əldə edildiyini açıqlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında hazırlanan sənədli filmin xarici dillərə tərcümə edilərək dünya tamaşaçılarına təqdim olunması da nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR