Bank Of Baku

Müsavatın Sumqayıt təşkilatının sabiq Şura üzvü: “Partiyadan növbəti istefalar olacağını gözləyirik”

Müsavatın Sumqayıt təşkilatının sabiq Şura üzvü: “Partiyadan növbəti istefalar olacağını gözləyirik”
# 19 yanvar 2011 14:46 (UTC +04:00)
Bakı. Pərvin Abbasov-APA. Müsavat Partiyasının Sumqayıt rayon təşkilatından istefa vermiş 15 nəfər yaxın müddətdə təşkilatlanacaq. Bu barədə APA-ya Sumqayıt rayon təşkilatının Şurasının sabiq üzvü Kəramət Salayev məlumat verib. O, özünün və digər sabiq müsavatçıların bundan sonra da siyasi fəaliyyətlə məşğul olacağını bildirib: “Yaxın müddət ərzində təşkilat quruculuğuna başlayacağıq və bunu elan edəcəyik. Növbəti mərhələlərdə hansı siyasi qüvvə daha çox aktivlik göstərəcəksə, biz onlarla birgə fəaliyyət göstərməyə hazır olacağıq. Biz hazırda Müsavat Partiyasından növbəti istefaları gözləyirik. Ondan sonra isə birgə qərarlar qəbul edəcəyik”.

K. Salayev ilkin mərhələdə ictimai təşkilat yaradacaqlarını deyib. Sonrakı mərhələdə onlar Sülhəddin Əkbər və İbrahim İbrahimli, yaxud Qabil Hüseynli-Adil Qeybulla ilə birgə fəaliyyət göstərə bilərlər. K. Salayev sabiq müsavatçılarla birgə AXCP-yə üzv olacaqlarını da istisna etməyib.

Xatırladaq ki, Sülhəddin Əkbər və İbrahim İbrahimli 2010-cu ilin noyabr ayında, Qabil Hüseynli və Adil Qeybulla bu il yanvarın 4-də partiyadan istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR