Bank Of Baku

Azərbaycan prezidenti Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində işlərin gedişi ilə tanış olub

Azərbaycan prezidenti Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində işlərin gedişi ilə tanış olub
# 21 yanvar 2011 15:33 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Bakı bulvarının genişləndirilməsi proqramı çərçivəsində Gəmi Təmiri Zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub. APA-nın məlumatına görə, Azərbaycan prezidentinin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı buxtasında yerləşən bir sıra müəssisə və obyektlərin, o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin köçürülməsi zərurəti yaranıb.

Görülən işlərlə yaxından tanış olan dövlət başçısı Gəmi Təmiri Zavodunun sökülən hissəsində işlərin gedişi ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR