İran din xadimlərinin və siyasətçilərinin açıqlamaları Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirilir - SORĞU
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat, Azərbaycan Tarix İnstitutunun direktoru Yaqub Mahmudov APA-ya deyib ki, Azərbaycan hansısa xarici ölkənin mənafeyinə uyğun olaraq hicab bağlatdıra bilməz: “Bu, Azərbaycanda İslamın zəifləməsinə də gətirib çıxara bilər. Bizim İslamımız demokratik İslamdır. Bizim İslamımız Peyğəmbərdən qalma demokratik İslamdır”.
Y. Mahmudov vurğulayıb ki, Azərbaycan hər hansı köhnə fikirli, mühafizəkar İran mollasının dediyi ilə oturub-dura bilməz: “Biz özümüz beynəlxalq aləmdə İslam dəyərlərini lazımınca müdafiə edə bilirik. Ona görə də biz işlərimizi, o cümlədən hicab məsələsini birtərəfli qaydada İran islam rejiminin mənafeyinə uyğun qura bilmərik. İranlı mollalar, o cümlədən parlament üzvləri öz ölkələrinin işlərinə qarışsınlar. Onların Azərbaycanın daxili işlərinə qarışmasına qəti şəkildə etirazımı bildirirəm”.
Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli APA-ya deyib ki, İranın Azərbaycanın daxili işlərinə qarışması birmənalı olaraq qəbuledilməzdir: “Ola bilər ki, din xadiminin müəyyən dini atributlarla bağlı müraciətləri olsun. Məsələn, azərbaycanlı ayətullah Sübhaninin müraciəti başadüşüləndir. Ancaq biz çox zaman başqa cür müraciətləri görürük. Çox zaman istər İranın ali hakimiyyət orqanlarının nümayəndələri olsun, istər parlament nümayəndələri olsun, Azərbaycanın ərazi bütövlüyünü təhdid edən, ölkəmizin maraqlarına uyğun olmayan, müstəqilliyimizə qarşı olan kifayət qədər ifadələr işlədiblər. Hələ İran adlanan ölkənin Azərbaycanın sərhədlərini pozmasını, xəbərdarlıq etmədən sərhədi keçməsini və yaşanan başqa xeyli gərginlikləri demirəm. Azərbaycan bir müstəqil ölkədir və bu dövlət özünün həm daxili, həm də xarici siyasət məsələlərini özü həll etməlidir. Bu gün biz Azərbaycan hakimiyyətində kimlərin olmasından asılı olmayaraq, İranın hansısa hakimiyyət nümayəndəsinin ölkəmizə, onun daxili işlərinə qarışmağa mənəvi haqqı yoxdur. Harada ki, Azərbaycanın dövlət maraqlarına, milli maraqlara təhdid var, əlbəttə ki, biz hamımız buna qarşıyıq”.
Politoloq Qabil Hüseynli isə hesab edir ki, İran açıq-aşkar Azərbaycanın daxili işlərinə müdaxilə edir: “Özü də bunu İslam bayrağı altında pərdələyir. Ancaq hansı adla olur-olsun, bu, suveren bir dövlətin daxili işlərinə qarışmaq və ona necə fəaliyyət göstərməyi öyrətmək təsiri bağışlayır. Digər tərəfdən, Azərbaycan beynəlxalq aləmdə kifayət qədər nüfuzu olan bir dövlətdir, öz siyasətini necə qurmağı, öz siyasətini necə həyata keçirməyi hamıdan yaxşı bilir. Bu zaman nəyi necə etmək barədə kənar dövlətin nə isə deməyi tamamilə qeyri-etik səslənir. İranın bu və ya digər etikadan uzaq hərəkətlərinə qarşı hansısa formada cavab verilməlidir”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, bu gün İranda minlərlə insanın haqları pozulur: “Orada 35 milyon azərbaycanlı yaşaya-yaşaya, onların ana dilində nə orta məktəbi, nə də ali məktəbləri var... Ancaq bir ovuc erməniyə orta məktəb də açıblar, ali məktəb də. İran öz dərdinə qalsın, daha gəlib bizim daxili işimizə qarışmasın. Hicab məsələsində bizim hakimiyyət nə etdiyini bilir, məsələni Konstitusiya ilə, müvafiq qanunlarla tənzimləyir. İndi İranın özündə hicab taxan çox azdır. Televizora baxanda da görünür ki, qadınların çoxu hicab taxmır, yalnız məcburi olaraq başlarına şal bağlayırlar k, onda da saçlarının uc tərəfi görünür. Ümumiyyətlə İran bizim daxili işlərimizə qarışmasın. Bizim hakimiyyət bilər, dövlət bilər. Onların deputatı guya İslam inqilabından danışıb. Özləri inqilab eləyib ağ günə çıxıblar?! Bu gün bizim torpaqları işğal edən ermənilərə qarşı qucaq asan İran bizimlə bağlı bir söz deyə bilməz!”
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə xatırladıb ki, Azərbaycanın Konstitusiyası da daxil olmaqla heç bir qanun hicabdan istifadəni qadağan etmir: “Ancaq Azərbaycanda nəyin qadağan olunmasına qarşı xarici bir dövlət nümayəndəsinin indiki formada danışılmasını yolverilməz hesab edirəm, bunu Azərbaycana qarşı təhdid sayıram”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev isə hesab edir ki, İrandan hər hansı bir şəxsin Azərbaycandakı məsələlərə müdaxilə etməsinin və özünü “İslam təəssübkeşi” kimi göstərməsinin heç bir əxlaqi və mənəvi əsası yoxdur: “Ona görə ki, Azərbaycan torpaqları işğal olunanda bizim müsəlman olmağımız bu “İslam təəssübkeşləri”nin yadından çıxmışdı. Hətta onların Azərbaycanın o vaxtkı dövlət başçısı Yaqub Məmmədovu öz ölkələrinə dəvət etdiyi vaxt Şuşa və Laçın işğal olundu. Ancaq onlar yenə də ləyaqətlərinə sığışdırdılar və bu proseslərə müdaxilə etmədilər. Onlar müharibə dövründə Ermənistanın bütün texnikasını yanacaqla təmin etdilər. Bizim işğal olunmuş ərazilərdə minlərlə məscidimiz dağıdılıb, viran olunub, bir milyon insanımız qaçqın vəziyyətindədir, ancaq bu vaxta qədər müsəlman olmağımız İranın yadına düşmürdü. İndi isə beş-altı əlaltılarına görə hay-küy salmağa başlayıblar. Hesab edirəm ki, Azərbaycan xalqı həmin əlaltılarla bağlı da bir dözümsüz mühit yaratmalıdır ki, həmin o milli satqınların, milli xəyanətkarların, başqa dövlətin əlaltılarının heç yerdə camaatın içinə çıxmağa üzləri olmasın. Gedib yaşasınlar ayətullaların yanında. Buradakı “hicab problemi”ndən danışırlar, halbuki İranın Prezident Administrasiyasının rəhbəri bu yaxınlarda açıqlama vermişdi ki, qadınların başlarının zorla örtülməsi ilə bağlı qanunu ləğv eləsək, İranda neçə qadın başını bağlayar? Yəni, onların hicabdan da danışmağa mənəvi haqqı yoxdur. Sadəcə Azərbaycan dövləti inkişaf edir, güclənir. Onlar da bu faktı özlərinə qarşı təhdid hesab edirlər. Ona görə ki, Cənubi Azərbaycanda sayı 30 milyondan çox olan azərbaycanlıları ən elementar hüquqlarından belə məhrum ediblər. O baxımdan, İrandan verilən hər hansı bir açıqlamanın arxasında nəyin dayandığını Azərbaycan xalqı çox yaxşı başa düşür və deyilənlərin də heç bir əsası yoxdur”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
ABŞ kibertəhlükəsizlik sahəsinə investisiyalar üçün inkubator yaratmağı planlaşdırır
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
WP: ABŞ-da yanacağın qiymətinin kəskin artacağı gözlənilir
Cəlilabadın Xudutəpə yaşayış məskənində arxeoloji qazıntılara başlanılıb
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB