Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı: Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinə yenidən baxmalıdır

Qarabağ Azadlıq Təşkilatı: Azərbaycan Avropa İttifaqı ilə münasibətlərinə yenidən baxmalıdır
# 22 yanvar 2011 10:04 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Avropa Komissiyasının (AK) sədri Joze Manuel Barrozonun Azərbaycanda olarkən verdiyi bəyanatın sonradan qurumun saytında təhrif olunması, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadənin mətindən çıxarılması ilə bağlı bəyanat verib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, bu hərəkət beynəlxalq təşkilatların, konkret olaraq Avropa Komissiyası kimi nüfuzlu bir qurumun Dağlıq Qarabağ məsələsinə həqiqi münasibətinin göstəricisidir: “Bu qurum bir daha ikili standartlar, daha doğrusu, ikiüzlülük və riyakarlıq nümayiş etdirir. Barrozonun bu hərəkəti yalnız erməni lobbisinin təsiri ilə izah oluna bilməz, bu, həm də beynəlxalq təşkilatların, Avropa dövlətlərinin ermənipərəst siyasətini, onları dəstəkləmələrini sübut edir”.

QAT Azərbaycan hakimiyyətini xarici siyasətdə dəyişikliklər etməyə də çağırıb: “Bu qurumların yalanlarına, təkzib oyunlarına, boş vədlərinə qulaq asmaq yetər. Bu təşkilatların “xidmət”lərindən imtina edilməlidir. Azərbaycan Avropa İttifaqı, Avropa Komissiyası ilə münasibətlərinə yenidən baxmalıdır. Beynəlxalq təşkilatların ikiüzlü siyasəti bir daha göstərir ki, biz torpaqlarımızı yalnız özümüzə arxalanmaqla və hərbi yolla işğaldan azad edə bilərik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR