Bank Of Baku

Sərdar Cəlaloğlu: ““Qarabağ” bloku hələlik rəsmi təsis olunmasa da, birlik faktiki fəaliyyət göstərir”

Sərdar Cəlaloğlu: ““Qarabağ” bloku hələlik rəsmi təsis olunmasa da, birlik faktiki fəaliyyət göstərir”
# 24 yanvar 2011 09:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Qarabağ” bloku hələlik rəsmi təsis olunmasa da, birlik faktiki fəaliyyət göstərir. Bu barədə APA-ya blokun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib. S. Cəlaloğlu deyib ki, həm təmsil etdiyi partiya, həm də Ümid Partiyası “Qarabağ” birliyi çərçivəsində fəaliyyətə başlayıb: “Biz artıq birlikdə bir neçə tədbir keçirmişik. 20 yanvar hadisələri ilə bağlı Şəhidlər Xiyabanını da blok kimi ziyarət etmişik”.

Blokun rəsmən təsis olunmasına gəlincə, S. Cəlaloğlu deyib ki, zəruri sənədlər artıq hazırdır. Bu məsələ mərhələ-mərhələ həllini tapacaq: “Mənə elə gəlir ki, blokun təsis olunmasında ciddi problem olmayacaq. Blokun yaradılmasında məqsəd bizim üçün o qədər aydındır ki, məqsədə gedən yolun tapılmasında da çətinlik çəkməyəcəyik”.

S. Cəlaloğlu bildirib ki, blok təsis olunduqdan sonra şərtləri qəbul edən partiyaların təmsilçiliyinə etiraz edilməyəcək: “Digər bloklarla da bu və ya başqa şəkildə əməkdaşlıq formaları tapacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR