Bank Of Baku

Müsavat Partiyasının qurultayına hazırlıqla əlaqədar işçi qruplar yaradılıb

Müsavat Partiyasının qurultayına hazırlıqla əlaqədar işçi qruplar yaradılıb
# 24 yanvar 2011 14:12 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Müsavat Partiyasının VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti yığıncağı keçirilib. Bu barədə APA-ya komitənin üzvü, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Toplantıda qurultaya hazırlıqla əlaqədar iki işçi qrup yaradılıb. Onlardan biri təşkilati-texniki, digəri proqram və Nizamnamə ilə əlaqədar olan qrupdur.

Birinci qrup təşkilati-texniki işlərlə, ikincisi isə partiyanın Nizamnamə və proqramına hansısa dəyişiklik təklifi olacaqsa, onları araşdırmaqla, yaxud özü təkliflər hazırlamaqla məşğul olacaq.

İclasda fevral ayının əvvəllərindən etibarən yerli təşkilatların ümumi yığıncaqları və konfranslarının keçirilməsi barədə qərar qəbul edilib. Bununla həm də qurultaya nümayəndələrin seçilməsinə başlanacaq.

Qeyd edək ki, qurultayın bu ilin birinci yarısında keçirilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR