Bank Of Baku

Sabir Rüstəmxanlı: “Milli Məclisdə Azərbaycan dili komissiyası yaradılmalıdır”

Sabir Rüstəmxanlı: “Milli Məclisdə Azərbaycan dili komissiyası yaradılmalıdır”
# 25 yanvar 2011 10:39 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Milli Məclisdə Azərbaycan dili komissiyası yaradılmalıdır”. APA-nın məlumatına görə, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycan dilinin vəziyyəti ilə bağlı keçirilən tədbirdə deyib.

S. Rüstəmxanlı bildirib ki, parlamentdə Azərbaycan dili komissiyasının yaradılması təklifi ilə çıxış edib: “Qəbul olunan qanunların dili bəzən elə vəziyyətdə olur ki, hətta Azərbaycan dili üzrə mütəxəssislər bəzən orada qeyd olunan fikri əxz edə bilmirlər. Bu, dilin qarşılaşdığı ciddi problemlərdən biridir. Hesab edirəm ki, qanun müvafiq komitədə hazırlandıqdan sonra Azərbaycan dilinin qanunları ilə süzgəcdən keçməsi üçün dil komissiyasında oxunmalı və düzəlişlər aparılmalıdır”.

Bu istiqamətdə Milli Məclis tərəfindən heç bir addım atılmadığını təəssüflə vurğulayan S. Rüstəmxanlı cəmiyyət tərəfindən müqavimətin olmadığını da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR