Bank Of Baku

Sabiq müsavatçılar AXCP-yə keçmək niyyətində olmadıqlarını bəyan ediblər

Sabiq müsavatçılar AXCP-yə keçmək niyyətində olmadıqlarını bəyan ediblər
# 25 yanvar 2011 15:54 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Hansısa siyasi partiyaya keçmək planım yoxdur”. Bunu APA-ya açıqlamasında sabiq müsavatçı, professor Adil Qeybulla deyib. O bildirib ki, hansısa partiyaya keçməkdənsə, situasiya tələb edərsə, yeni partiya yaratmaq barədə düşünməyi üstün tutar.

Sabiq müsavatçı, professor Qabil Hüseynli isə APA-ya açıqlamasında müstəqil fəaliyyət göstərmək qərarına gəldiyini deyib: “Bundan sonra çalışacağam ki, fəaliyyətimi müstəqil politoloq, siyasətçi, araşdırmaçı kimi davam etdirim. Kimlərinsə AXCP-yə keçmək fikri ola bilər, ancaq mənim belə bir niyyətim yoxdur”.

Qeyd edək ki, sabiq müsavatçılardan yalnız İbrahim İbrahimli mətbuata açıqlamasında AXCP-yə keçəcəyini istisna etməyib.

2010-cu il noyabr ayında Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavat Partiyasından istefa verib. Bu ilin əvvəlində isə professorlar Qabil Hüseynli və Adil Qeybulla analoji addım atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR