Bank Of Baku

ADP 20 illiyini qeyd edib - FOTO

ADP 20 illiyini qeyd edib - <font color=red>FOTO</font>
# 26 yanvar 2011 14:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) təsis olunmasının 20 illiyi ilə əlaqədar tədbir keçirilib. ADP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə partiyanın rəhbərliyinə daxil olan şəxslər, Bakı rayonlarının təşkilat sədrləri və fəallar iştirak edib.

Mərasimi giriş sözü ilə açan ADP sədri Sərdar Cəlaloğlu partiyanın tarixinə, keçdiyi yola və hazırkı siyasi vəziyyətə dair fikirlərini diqqətə çatdırıb. Sonra isə partiyanın tarixindəki ən mühüm hadisələri əks etdirən foto slayd şou nümayiş etdirilib.

Partiyanın yubileyi ilə əlaqədar ADP İdarə Heyəti qurumun üzv və tərəfdarlarına, həmçinin ölkə ictimaiyyətinə müraciət də ünvanlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR