Bank Of Baku

2010-cu ildə Azərbaycanın hakim partiyasının hesabına üzvlük haqlarından 4 milyon manatdan çox vəsait daxil olub

2010-cu ildə Azərbaycanın hakim partiyasının hesabına üzvlük haqlarından 4 milyon manatdan çox vəsait daxil olub
# 26 yanvar 2011 14:55 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə partiya İdarə Heyətinin bu gün keçirilən iclasında YAP-ın 2010-cu ilə dair maliyyə hesabatı dinlənilərkən məlumat verilib.

Daxil olan vəsaitin 2 101 176 manatı partiyanın İcra Katibliyində və yerli təşkilatlarında çalışan işçilərin əməkhaqqı fondunu təşkil edib. Qalan vəsait partiya tədbirlərinin maliyyələşməsinə, çap işlərinə, təsərrüfat, kommunal və ezamiyyə xərclərinin ödənilməsinə, xeyriyyəçilik tədbirlərinə, həmçinin, 20 nəfər ali məktəb tələbəsinə xüsusi təqaüdlərin verilməsinə sərf olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR