Bank Of Baku

Əli Əhmədov: “Sarkisyanın “Azərbaycana bir qarış da torpaq verməyəcəyik” sözləri onun sərsəm bəyanatlarından biridir”

Əli Əhmədov: “Sarkisyanın “Azərbaycana bir qarış da torpaq verməyəcəyik” sözləri onun sərsəm bəyanatlarından biridir”
# 27 yanvar 2011 12:21 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. “Ermənistan prezidenti Serj Sarkisyanın “Biz Azərbaycana bir qarış da torpaq verməyəcəyik” deməsi onun sərsəm bəyanatlarından biridir. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, bir qarış torpağımızı belə kiməsə güzəştdə getməyəcəyik. Münaqişənin dinc yollarla həlli istiqamətində atdığımız addımların da məqsədi odur ki, Azərbaycanın işğal altındakı bütün torpaqları azad edilsin, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Bu, mütləq olacaq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov deyib. O bildirib ki, Ermənistanın indiyədək Azərbaycan torpaqlarını işğal altında saxlaması bütövlükdə dünya dövlətlərinin əksəriyyəti tərəfindən pislənilir: “Bizim istəyimiz Azərbaycan torpaqlarını işğaldan azad etməkdir. Nə qədər ki, Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymayacaq, bu, Ermənistanın özü üçün iqtisadi və digər xarakterli problemlərə gətirib çıxaracaq. Ermənistan özü özünü belə bir vəziyyətə salıb. Bu, kiminsə günahı deyil. Yalnız və yalnız Ermənistanın işğalçı siyasətinin ağır nəticələridir ki, Ermənistan indi onu görməkdədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR