Bank Of Baku

Müasir Müsavat Partiyası etiraz aksiyaları keçirmək istəyir

Müasir Müsavat Partiyası etiraz aksiyaları keçirmək istəyir
# 27 yanvar 2011 13:14 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Müasir Müsavat Partiyasının (MMP) Bakı şəhər və rayon təşkilatlarının idarə heyətlərinin birgə toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda partiyanın mart-aprel aylarına planlaşdırdığı növbədənkənar qurultayında müzakirə ediləcək məsələlər, ölkədəki ictimai-siyasi proseslər müzakirə edilib. Ölkədə vətəndaş qarşıdurmasının, məmur özbaşınalığının, süründürməçiliyin qarşısının alınması və buna son qoyulmasına nail olmaq üçün etiraz aksiyalarının keçirilməsi təklif olunub. Qərara alınıb ki, bu məsələ rayon təşkilatlarının idarə heyətlərində və partiyanın Siyasi Şurasının növbəti iclasında müzakirə edilsin. Təklif Siyasi Şurada məqsədəuyğun hesab edilərsə, MMP yaxın zamanlarda yuxarıda qeyd edilən məsələlərlə bağlı etiraz aksiyalarına start verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR