Bank Of Baku

Adil Qeybulla: “Müsavat Partiyasındakı şəxslərlə indi də görüşürəm”

Adil Qeybulla: “Müsavat Partiyasındakı şəxslərlə indi də görüşürəm”
# 27 yanvar 2011 13:50 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Müsavat Partiyasından gedəndə elan etdiyim kimi, hamı ilə münasibətlərim qalır və qapım hamının üzünə açıqdır. Mən istefa verəndən sonra Qabil Hüseynli ilə birlikdə Sülhəddin Əkbər və İbrahim İbrahimli ilə iki dəfə görüşmüşəm. Həmin görüşlərdə ölkədəki ictimai-siyasi durumla bağlı müzakirələr aparmışıq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanının sabiq üzvü, professor Adil Qeybulla deyib. O bildirib ki, sabiq müsavatçılarla yanaşı, hazırda Müsavat Partiyasında olan şəxslərlə də görüşür: “Müsavat Partiyasındakı şəxslərlə indi də görüşürəm. Onlarla normal münasibətlərimiz var”.

Qeyd edək ki, Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavat Partiyasından 2010-cu il noyabr ayında istefa verib. Bu il yanvarın 4-də isə professorlar Qabil Hüseynli və Adil Qeybulla analoji addım atıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR