Bank Of Baku

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib

İctimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib
# 27 yanvar 2011 15:49 (UTC +04:00)
Bakı – APA. İctimai Palatanın (İP) Koordinasiya Şurasının növbəti iclası keçirilib. İctimai Palatadan APA-ya verilən məlumata görə, iclasda qəbul olunmuş qərarların icrası, İctimai Palatanın yanvarın 29-da keçiriləcək 1-ci sessiyasına hazırlıq məsələləri, sessiyanın gündəliyi ətraflı müzakirə edilib. İclasda həmçinin ölkədə mövcud durum dəyərləndirilib. Qərara alınıb ki, İctimai Palata Məhəmməd Əmin Rəsulzadənin doğum günü – yanvarın 31-də saat 12.00-da Novxanı qəsəbəsində onun abidəsi qarşısında anım tədbiri keçirsin.

Qeyd edək ki, Demokratiya Uğrunda Vətəndaş Hərəkatı - İctimai Palata 2010-cu il dekabrın 28-də təsis olunub. İctimai Palatanın 9 nəfərdən ibarət Koordinasiya Şurasının üzvlərinin yarısı siyasi partiyaların (İsa Qəmbər, Əli Kərimli, Yusif Bağırzadə, Pənah Hüseyn), yarısı vətəndaş cəmiyyətinin (Mirvari Qəhrəmanlı, Aqil Səmədbəyli, Ənnağı Hacıbəyli, Vidadi Mirkamal, Hacı İlqar İbrahimoğlu) təmsilçiləridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR