Azərbaycan Prezidentinin tapşırığı əsasında Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilib
Məlumata görə, toplantı 2010-cu ildə komissiyanın fəaliyyətinin yekunlarına və Nazirlər Kabinetinin son iclasında Azərbaycan Prezidentinin nitqindən irəli gələn vəzifələrə həsr olunub. Toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.
Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və aparılan islahatlar nəticəsində Azərbaycanın ötən il də sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığını, nəzərdə tutulan bütün proqramların icra olunduğunu qeyd edən natiq, toplantı iştirakçılarının və Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəldib. Həmin iclasda cənab İlham Əliyev iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirib.
Komissiyanın toplantısının Prezident İlham Əliyevin xüsusi tapşırığı ilə keçirildiyini bildirən Ramiz Mehdiyev deyib: “Ölkə başçısı hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələl gətirir. Prezidentin fikrincə, ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır”.
Administrasiya rəhbəri ölkə başçısının tapşırıqlarını toplantı iştirakçılarının diqqətinə çatdıraraq, mərkəzi və yerli icra hakimiyyəti, hüquq mühafizə orqanları tərəfindən əhalinin haqlı narazılığına səbəb olan, sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, iaşə, təhsil, səhiyyə, sosial müdafiə və sair sahələrdə mövcud olan neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar barədə Prezident Administrasiyasına və Komissiyaya çoxsaylı müraciətlərin daxil olmasından danışıb, bu sahədəki problemlərin araşdırılmasının və qısa müddətdə aradan qaldırılmasının zəruriliyini vurğulayıb.
Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənib, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunub.
İclasda baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov və başqaları Prezidentin toplantıda səsləndirilən tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halları aradan qaldırmaqla bağlı müvafiq təkliflərlə çıxış ediblər.
Komissiyanın toplantısında aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Tramp: ABŞ-ın Polşada hərbi bazasının yaradılmasında ciddi irəliləyiş əldə olunub
Türkiyə və Azərbaycan “Birliyin Gücü-2026” təliminə hazırlaşır
İsveçdə hərbi poliqonda partlayış olub, 7 nəfər xəsarət alıb
Van İ Marko Rubio ilə ABŞ-Çin münasibətlərini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq
Meksika ABŞ-dan narkotiklərlə mübarizənin nəticələrinə dair hesabat gözləyir
Prezidentin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
Almaniya səfiri İran XİN-ə çağırılıb
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır
Paşinyan TRIPP layihəsinin icrası ilə bağlı müşavirə keçirib
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
ABŞ Almaniyanın 10 “Patriot” raketini Ukraynaya tədarükünə razılıq verməyə hazırdır
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Rusiyadan 15 nəfər Ukraynaya yaxınlarının yanına göndərilib
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
Sibiqa: Zelenski və Trampın Nyu-Yorkdakı görüşü enerji və dəniz atəşkəslərini yaxınlaşdıra bilər
Enerji və nəqliyyat dəhlizləri TDT-nin strateji təhlükəsizlik sütununa çevrilir - TƏHLİL
Ermənistan və ABŞ birgə hərbi təlimlərin keçirilməsini müzakirə edib
“Trabzonspor” – “Qalatasaray” matçının hakimi müəyyənləşib
Bu il Bakı Limanında 5,5 mln. tondan çox yük aşırılıb
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub
Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu bağlanıb
Azərbaycanın TDT-də artan rolu: Türk dünyasının inteqrasiyasında yeni mərhələ – TƏHLİL
Milli dəyərlərin qorunması TDT-nin gənclər siyasətinin əsas istiqamətlərindən biri olmalıdır - RƏY
Azərbaycanla TRACECA arasında əməkdaşlığın cari vəziyyəti müzakirə olunub
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
Çin Səudiyyə Ərəbistanının müraciətindən sonra İranı Husiləri dayandırmağa kömək etməyə çağırıb
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub - YENİLƏNİB
Dövlət Xidməti: Xocavəndin Qırmızı bazar qəsəbəsindəki tikili ilə bağlı məsələyə baxılacaq
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
Prezident İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub - YENİLƏNİB - FOTO
Azad edilmiş ərazilərdə daha 86 şəxs üçün kiçik ailə biznesləri yaradılıb
Azərbaycan Prezidenti: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
İsveçin Baş naziri istefa verib
Ərdoğan Trampla görüşəcək
Lerikdə zəlzələ olub
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib - YENİLƏNİB
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi!