Bank Of Baku

Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə tədbir keçirilib

Məhəmməd Əmin Rəsulzadənin doğum günü münasibətilə tədbir keçirilib
# 31 yanvar 2011 09:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün “Qarabağ” blokunun təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 127-ci ildönümü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, “Qarabağ” blokunun həmtəsisçisi, Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu M.Ə.Rəsulzadənin siyasi tərcümeyi-halını xarakterizə edib. S. Cəlaloğlu bildirib ki, tarixdə istiqlal günü olmayan xalq millət hesab edilmir. Bu baxımdan millət olaraq M. Ə. Rəsulzadəyə borcluyuq: “O bu fəaliyyəti ilə milli ideoloq səviyyəsinə qalxıb. Məhəmməd Əmin Rəsulzadə xalq cümhuriyyəti ideyasını ölən günə qədər yaşadıb”.

S. Cəlaloğlu M. Ə. Rəsulzadənin BMT-nin yaranması ideyasının ideoloqlarından biri olduğunu da qeyd edib.

Tədbirdə Ümid Partiyasının sədri İqbal Ağazadə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan və digərləri çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR