“İslahat” deputat qrupu Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb

“İslahat” deputat qrupu Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb
# 31 yanvar 2011 12:12 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

BAXCP mətbuat xidmətindən APA-ya iclasda çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın fəaliyyətinin yeni bir mərhələyə qədəm qoyduğunu və təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıb. Q. Həsənquliyev iclas iştirakçılarını Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Ədalət partiyalarının təmsil olunduğu “İslahat” deputat qrupunun Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı hazırladığın layihə barədə də məlumatlandırıb.

Aparılan müzakirələrdə isə doğumunun 127-ci ildönümü qeyd olunan Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söz açan BAXCP İdarə Heyətinin üzvləri onun məzarının vətəninə gətirilməsi ilə bağlı bir daha hökumətə çağırış ediblər. İdarə Heyəti Azərbaycan hökumətini M. Ə. Rəsulzadənin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı da müvafiq addımlar atmağa çağırıb: “Hesab edirik ki, vaxtilə Məhəmməd Əmin Rəsulzadənin abidəsinin ucaldılacağı barədə lövhələrin yerləşdirildiyi ərazilərdə - Rəsulzadənin yaratdığı Bakı Dövlət Universitetinin qarşısında və Neftçilər prospektindəki parkda Rəsulzadəyə heykəl qoyulmalıdır”.

Qeyd edək ki, bu gün BAXCP rəhbərliyinə daxil olan şəxslər, eləcə də partiyanın Bakı, Sumqayıt və Abşeron təşkilatlarının təmsilçiləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğumunun 127-ci ildönümü münasibətilə onun Novxanı qəsəbəsindəki abidəsini ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR