Bank Of Baku

AXCP sədrinin müavini: “İstəyirik Müsavat Partiyasında istefalara yol açan problemlər həll olunsun ki, bu proses ənənəyə çevrilməsin”

AXCP sədrinin müavini: “İstəyirik Müsavat Partiyasında istefalara yol açan problemlər həll olunsun ki, bu proses ənənəyə çevrilməsin”
# 31 yanvar 2011 12:39 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “AXCP olaraq Müsavat Partiyasında baş vermiş istefalara, o cümlədən partiyanın Şahbuz rayon təşkilatının sədrinin istefalara təəssüflənirik”. Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, Müsavat Partiyasında istefalara yol açan problemlərin, səbəblərin tezlikcə aradan qaldırılmasını arzuladığını vurğulayıb: “İstəyirik Müsavat Partiyasında istefalara yol açan problemlər həll olunsun ki, bu proses artıq ənənəyə çevrilməsin”.

Qeyd edək ki, 2010-cu il noyabr ayında Sülhəddin Əkbər və İbrahim İbrahimli Müsavat Partiyasından istefa verib. Bu ilin əvvəlində isə professorlar Qabil Hüseynli və Adil Qeybulla analoji addım atıb. Sonra isə partiyanın Sumqayıt şəhər və Şahbuz rayon təşkilatlarından istefalar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR