Bank Of Baku

İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək

İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək
# 01 fevral 2011 08:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycan Konqresi (DAK) İranın Azərbaycandakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirəcək. DAK-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya fevralın 2-də saat 12.00-da olacaq.

Aksiyanın keçirilməsində məqsəd son günlər İranın bəzi dairələrinin Azərbaycanın daxili işlərinə qarışması, bu ölkənin “Səhər 2” dövlət telekanalının Azərbaycan əleyhinə təbliğat aparması, DAK rəhbərliyinin ünvanına təhqirlər yağdırması və təcavüzkar Ermənistanla bütün sahələrdə əlaqələrini daha da inkişaf etdirməsinə etiraz etmək, eyni zamanda Güney Azərbaycanda öz milli-mədəni haqları uğrunda apardıqları dinc mübarizəyə görə həbs olunmuş demokratik fəalların azadlığa buraxılmasını tələb etməkdir. Artıq Bakı şəhər İcra Hakimiyyəti piketlə bağlı məlumatlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR